“Azərbaycan-Çin Məzunları Assosiyasiyası” (ACAA) İctimai Birliyi yaradılıb.

Sentyabrın 30-u Ədliyyə Nazirliyi yanında Qeydiyyat və Notariat Baş İdarəsində qeydiyyat keçən “Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai birliyinin təqdimat mərasimi baş tutub.
“Iqtisadchi.az”a verilən xəbərə görə, Çin məzunlarının iştirakı ilə baş tutmuş tədbirdə təşkilatın qeydiyyat şəhadətnaməsi üzvlərə təqdim edilib, fəaliyyət istiqamətləri haqda məlumat verilib. “Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai birliyinin təsisçiləri Çin Neft Universitetinin məzunu Hikmət Zeynallı və Çin Xalq Universitenin məzunu Fərahim Hüseynzadədir.
Tədbir zamanı təşkilatın idarə heyətinin tərkibi açıqlanıb. Hikmət Zeynallı təşkilatın sədri, Sadiq Qaçayev sədr müavini, Orxan Məmmədov Akademik fəaliyyətlər üzrə müavin, İlahə Balakişiyeva Sosial fəaliyyətlər üzrə müavin, Məhin Məmmədova İctimaiyyətlə əlaqələr və Streteji kommunikasiyalar üzrə müavin, Ruhəngiz Həmidli Marketinq məsələləri üzrə müavin seçilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *