“Azərbaycan-Çin Diplomatik əlaqələrinin 30 illiyi, məzunların əlaqələrdəki rolu” adlı onlayn konfrans baş tutub.

“Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə 2 aprel Azərnaycanla Çin Xalq Respublikası arasında qurulan diplomatik əlaqələrin 30 illiyi münasibətilə onlayn konfrans keçirilib.

Verilən məlumata görə, “Azərbaycan-Çin Diplomatik əlaqələrinin 30 illiyi, məzunların əlaqələrdəki rolu” adlı tədbirdə açılış nitqi ilə İctimai Birliyin sədri Hikmət Zeynallı çıxış edib. O, məzun cəmiyyətinin və şəbəkələnmənin iki ölkə arasında vacib olduğu və gələcəkdə məzunlarla Azərbaycan-Çin əlaqələrinin inkişafına dəstək olacaqlarını bildirib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min konfransda çıxışı zamanı iki ölkə arasında inkişaf edən diplomatik münasibətlərin vacibliyini nəzərə çatdırıb. Xanım səfir hər iki ölkə başçısı arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Konfransda çıxış edən Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı diplomatik əlaqələrdə məzunların rolunun vacibliyini diqqətə çatdırıb. Həmçinin, cənab səfir əlaqələrdə xüsusi yer tutan Çinin “Bir kəmər, bir yol” layihəsinə əsas dəstək verən ölkələrdən birinin məhz Azərbaycan olduğunu vurğulayıb.
Paralel olaraq, iki ölkə arasındakı təhsil əlaqələrindən və tələbə mübadiləsindən danışan Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov bu münasibətlərin dinamik inkişafına diqqət çəkib.
Çində təhsil alan məzunlardan – Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev də konfrans iştirakçıları ilə fikirlərini bölüşmüş, diplomatik əlaqələrdə məzunların rolundan danışmışlar.
Tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan Çində təhsil almış azərbaycanlı gənclər, çinli tələbələr və dövlət, eyni zamanda özəl sektorda təmsil olunan məzunlar iştirak edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *