Azərbaycan bütün texniki göstəricilərdə Ermənistanı qabaqlayır.

Ehtiyatda və hazırki canlı qüvvə sayına görə Azərbaycan ordusu Ermənistanın bütün silahlı qüvvə ehtiyatını 3.2 dəfə üstələyir. Kəmiyyət metodları ilə hesablama göstərir ki, Ermənistan Azərbaycanla müharibə aparmaq üçün kifayət qədər resursa malik deyil. Belə ki, hərbi xərcləri ilə Ermənistanı 3 dəfə üstləyən Azərbaycan hərbi texnika cəhətdən də qarşı tərəf üzərində tam üstünlüyə malikdir.

Göstəricilər

  1. Müharibənin əsas aparıcı qüvvəsi hərbçi sayına görə müəyyənləşir və canlı qüvvə ehtiyatına görə Azərbaycan bu güstəricidə qarşı tərəfi 2 dəfə üzəri qabaqlayır. 81 940 nəfərə qarşı, 35 533 nəfər.
  2. Hərbi tank sayına görə bu fərq 3 dəfədir. 339 tanka qarşı, 110 tank. Qeyd etmək istərdik ki, hərbi texnikanın saz və işləklik səviyyəsinə görə İrəvan Bakıya uduzur.
  3. Zirehli nəqliyyat vasitələrinə görə də Azərbaycan rəqibini 2.6 dəfə üstələyir. 383 texnika qarşılığında, 183 texnika.

Qeyd edək ki, Ermənistan ordusunda yalnız reaktiv artileriya qurğuları sayına görə ordumuza yaxındır. Amma işğalçı ordunun bu texniki vasitələrinin əksəriyyəti sovet hakimiyyəti illərinə məxsusdur və texniki göstəriciləri xeyli aşağıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *