Azərbaycan beş ayda ixrac etdiyi təbii qazın həcmlərini açıqlayıb
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 9 milyard 174 milyon 562,13 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.
Məlumata görə, ötən 5 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 1 milyard 335 milyon 749,12 min ABŞ dolları təşkil edib.
Bu həcmlərin 5 milyard 884 milyon 376,69 min kubmetri Türkiyəyə, 1 milyard 833 milyon 652,41 min kubmetri Gürcüstana ixrac edilib.
Bundan başqa, ötən 4 ay ərzində İtaliyaya 1 milyard 152 milyon 662,92 min kubmetr,Yunanıstana 127 milyon 818,77 min kubmetr, Bolqarıstana 91 milyon 998,86 min kubmetr, İran islam Respublikasına isə 84 milyon 052,48 təbii qaz ixrac edilib.
Türkiyəyə yanvar-may aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 804 milyon 672,43 min ABŞ dolları, Gürcüstana 239 milyon 294,72 min ABŞ dolları təşkil edib.
Həmçinin, bu ilin yanvar-may aylarından Azərbaycandan İtaliyaya 243 milyon 642,95 min ABŞ dolları, Yunanıstana 32 milyon 774,78 min ABŞ dolalrı, Bolqarıstana 12 milyon 173,95 min ABŞ dolları, İrana isə 3 190,31 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.