“Azərpoçt” Qarabağda maliyyə xidmətləri göstərmək istəyir
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni poçt şöbələri qurulacaq və artıq onların yerləri müəyyən edilib”.
Bunu jurnalistlərə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Xəyyam Əlizadə deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum həmin filiallarda maliyyə xidmətləri də göstərmək istəyir və bunun üçün Azərbaycan Mərkəzi Bankından (AMB) yeni lisenziyalar almaq niyyətindədir:
“Azərpoçt”un filial şəbəkəsi daha genişdir. Amma bütün filiallara maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziy verilməsi AMB-nin səlahiyyətindədir”, – deyə o, qeyd edib.