Azərbaycanlı araşdırmaçıların elmi məqaləsi məşhur jurnalda dərc edildi.

Azərbaycandan olan elmi tədqiqatçılar Ələkbər Vəlizadə (Ph.D namizəd), Natəvan Axundova ( ATL Tech-də mühəndis) və Samir Rüstəmovun (tədqiqatçı, Ph.D) birgə araşdırması olan “Təcili Çağrı Mərkəzlərində Danışıq Tanınma Sistemlərinin İnkişafı” (Development of Speech Recognition Systems in Emergency Call Centers) başlıqlı məqalə “Symmetry” elmi jurnalında dərc edilib.

Iqtisadchi.az-a daxil olan xəbərə görə, 2021-ci ilin 9 aprelində dərc olunan məqalə ciddi marağa səbəb olub. Belə ki, süni intelektin əsas maraq istiqamətləndirindən olması məqaləni daha da aktuallaşdırıb. Elmi tədiqaqat zamanı süni intelekt mövzusu üzərindən edilən araşdırmalara geniş yer verilib.

Qeyd etmək lazımdır ki, araşdırma zamanı nəticələrin əhəmiyyətlilik səviyyəsini yüksəltmək üçün “Gaussian Mixture Model/Hidden Markov Model (GMM/HMM) and Deep Neural Network/Hidden Markov Model (DNN/HMM)” kimi bir çox metdodoloji hesablama vasitələrinə müraciət edilib.

Məqaləyə əsasən, tədqiqat prosesində yaradılan bot Azərbaycan dilində olan səsləri də qeydə ala bilir.

Məqalənin tam versiyasını təqdim edirik.

https://www.mdpi.com/2073-8994/13/4/634

Leave a Reply

Your email address will not be published. Required fields are marked *