“Azərbaycanda dünyanın ən böyük Oftalmologiya Mərkəzlərindən biri hesab olunacaq klinika var” – İsrailli həkim – VİDEO
“Azərbaycanda ailəmizlə birlikdə özümüz evimizdəki kimi, hiss edirdik. Hər kəs İsrailə və yəhudilərə qarşı çox mehriban münasibət göstərir.”
Bunu torpaqlarımızın azad olunması uğurunda gedən döyüşlərdə yaralanmış əsgərlərimizin müalicəsi üçün İsraildən Azərbaycana gəlmiş oftalmoloq Yishay Falik İsrailin “İ24” Telekanalına müsahibəsinə deyib.
O həmçinin bildirib ki, Azərbaycanda İsrailə qarşı qarşılıqlı sevgi münasibətləri var: “Heç bir mənfi fikrə rast gəlmədik”.
İsrail hökumətinin qlobal səviyyədə müntəzəm olaraq atdığı humanitar addımların davamı olaraq II Qarabağ savaşında gözündən xəsarət almış insanların müalicəsi üçün əllərindən gələni etdiklərini bildirib: “Ciddi yaralılardan bəzilərinin görmə qabiliyyəti bərpa edildi, bəzilərinə süni gözlər qoyuldu. Süni gözləri isə yalnız ən yaxın məsafədən baxsan onun, süni olduğunu sezə bilərsən. Həmin şəxslər küçədə rahatlıqla gəzə bilər, insanlarla göz kontaktında ola bilər.”
TV aparıcısının Yishay Falikdə soruşub ki, tibbi avadanlıqlar və oftalmoloji alətlər barədə Azərbaycanın etibar etdirlər, yoxsa onları özləri ilə İsraildən gətiriblər? Həkim bildirib ki, Azərbaycanın oftalmologiya sahəsində təkmilləşmiş, müasir standartlara cavab verən klinikası və lazımi alətlərivar:
“Azərbaycanda çox böyük, hətta deyərdim dünyanın ən böyük Oftalmologiya Mərkəzlərindən biri hesab olunacaq klinika var. Mərkəz ölkə prezidentinin anası, görkəmli oftalmoloq Zərifə anım Əliyevanın adını daşıyır. Mərkəzdə 10 əməliyyat otağı var. Əməliyyat üçün çox mükəmməl şərait var idi. Lazım olan demək olar ki əksər alətləri klinika təmin etdi. Protez gözlər və sair bu kimi vasitələri isə öümüzlə gətirmişdik.”
Aparıcının “əsgərlər sizin İsraildən olduğunuzu biləndə necə reaksiya verdilər, daha əvvəllər bu ölkədən olan insanlarla kontaktda olmuşdularmı” sualına cavab verən həkim bildirib ki, Azərbaycanda Yəhudi İcması var: “Azərbaycanda 50 soydaşımız yaşayır. Əsgərlərin bizə dair xoş fikirləri var idi. Bizə qarşı çox mehriban idilər.