Azərbaycanda bu il istilik təchizatı sahəsində görülən işlər açıqlanıb
“Azəristiliktəchizat” ASC tərəfindən bu ilin yanvar-iyul aylarında 1 000 km-dən çox istilik xətləri hidravlik təzyiqə yoxlanılıb və 7 572 metr məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub.
Bu işlər “Azəristiliktəchizat”ın 2023-cü il üçün təsdiq edilmiş istehsal və maliyyə təsərrüfat planlarına uyğun olaraq aparılır.
Məlumata görə, 848 ədəd odluq, 238 dəst istilik mübadilə aparatları, 2 825 ədəd nasos, 11 825 ədəd müxtəlif diametrli siyirtmələr, 2 714 ədəd mühərrik, 566 dəst elektrik avadanlığı, 450 dəst nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1 161 ədəd genişləndirici çən, 832 ədəd qoruyucu klapan və 2 558 ədəd əks klapan, 2 087 ədəd çirktutan, 2 980 ədəd manometr və termometr, 10 584 ədəd ventil, 608 ədəd ehtiyat su çəni, 13 ədəd havavuran, 10 ədəd tüstüsoran və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.
591 ədəd dirsək, 65 ədəd siyirtmə, 32 ədəd ventil, 14 ədəd rezin membran, 3 ədəd nasos yenisi ilə əvəz edilib, 6 qazan aqreqatı, 11 ədəd nasos, 219 ədəd siyirtmə, 10 ədəd mühərrik əsaslı, 317 ədəd qazan aqreqatı, 33 ədəd odluq, 734 ədəd nasos, 33 dəst istilik mübadilə aparatı, 4 838 ədəd siyirtmə, 617 ədəd mühərrik cari təmir edilib.
881 ədəd qazan aqreqatı, 93 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 8 ədəd qazan qurğusu, 17 dəst istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.
Bildirilir ki, 2023-2024-cü il payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istilik xətlərində 2 119 m2 istilik örtük qatı bərpa olunub, 468 ədəd qazanxanada yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 133 m2 istilik örtük qatı, 408 m2 kərpic örtüyü bərpa edilib.
111,353 km qaz xəttinə baxış keçirilib, onlardan 52,522 km yeraltı, 58,831 km yerüstü qaz xəttidir. Müxtəlif diametrli 1 833 ədəd qaz siyirtməsi təftiş olunub, onlardan 51 ədədi təmir edilib.