Azərbaycan və Koreya arasında innovasiya və startaplar sahəsində əməkdaşlıq müzakirə edilib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqla görüşüb.
Bu barədə nazir tviterdə yazıb.
“İki ölkə arasında rəqəmsal transformasiya, innovasiya və startaplar sahəsində mövcud əməkdaşlığı və Koreyanın İKT ekspertlərinin ölkəmizə dəvət olunması məsələsini müzakirə etdik”, – o qeyd edib.