Azərbaycan Respublikasının Prezidentinin 04.10.2020-ci ildəki tarixi çıxışı!
Prezidentin 4 oktyabr 2020-ci il çıxışı xalq tərəfdən böyük rəğbətlə qarşılandı. Dövlət başçısı xalqa müraciəti zamanı Ermənistan tərəfinin riyakar mövqeyi və qanunsuz əməllərini şərh edərək, Azərbacyanın bugünki mövqeyinin düzgünlüyünü tam şəkildə şərh etdi!
“Iqtisadchi.az”ın analitika komandası rəsmilərin çıxışlarını “Doğruluq Əmsalı” şkalası üzrə qiymətləndirilməsi müstəvisində başlatdığı layihədə natiqlərin fikirləri analiz ediləcək və 0-10 şkala aralığında qiymətləndirmə aparılacaq.
Prezidentin çıxışında vurğulanan əsas məqamlar:
- Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələrkən, danışıqlar zamanı vaxt istəyib və yeni təkliflərə çıxış edəcəyini qeyd etmişdi. Lakin zamanla o, riyakarcasına “Qarabağ Ermənistandır” demiş və Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmayacağını vurğulayıb. İlham Əliyev haqlı olaraq bu tip açıqlamaları qəbul etməmiş və qarşı tərəfi layiqincə cəzalandırmışdır! Prezidentin kifayət qədər kəskin çıxışı bu müstəvidə möhtəşəm effekt vermişdir! Bu tip çıxışlar düşmənin qeyri-konstruktiv mövqe sərgiləməsini dayandırmağa sövq edəcək.
- Nikol Paşinyan regionda baş verənlərlə bağlı yenidən xarici ölkə başçılarına zəng etmiş və onları münaqişəyə cəlb etməyə çağırmışdır. Halbuki prezident İlham Əliyev çağırışında Paşinyana konfilikti təkbətək həll etməyi tövsiyyə etmişdir. Ermənistanın baş naziri bu təklifdən ciddi şəkildə narahat olaraq beynəlxalq ictimaiyyətin Azərbaycana təsir göstərməsinə nail olmağa çalışırdı. Amma Azərbaycan Respublikasının Prezidentinin də qeyd etdiyi kimi ölkəmiz öz ərazi bütövlüyü uğrunda müharibə aparır və burada məqsəd işğala son qoymaqdır. Bu səbəbdən beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyinə təsir göstərmək iqtidarında olmamasını qəbul edir.
- Ermənistan tərəfi danışıqlar prosesində 3-cü tərəf göstərmək məqsədilə Qondarma Dağlıq Qarabağ Respublikasını cəlb etməyə çalışmışdır. Şübhəsiz ki, Azərbaycan bu predmeti qəbul etməmiş və bu, birbaşa olaraq danışıqlar prosesini pozmağa hesablanmış cəhd kimi qiymətləndirilmişdir. Prezident İlham Əliyevin bu faktor üzərindən qarşı tərəfi kəskin tənqid etməsi ciddi diplomatik addım olaraq qiymətləndirilir. Rəsmi Bakı bu tip qanunsuz əmələ cavabsız qala bilməzdi.
Bütün faktorları qiymətləndirdikdən sonra belə bir nəticəyə gəlinir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən günki tarixi çıxışı Azərbaycanın haqlı mövqeyini ortaya qoymuş və bununla da xalqın istəyi və arzusunun təcəssümü kimi qiymətləndirilmişdir.
Dövlət başçısının çıxışı “Doğruluq Əmsalı” səviyyəsinə görə maksimum nəticə ilə qiymətləndirilmişdir!