Azərbaycan mebel və hissələrinin idxal xərcini 16% çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 33,7 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.
Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.