Avropada qazın qiyməti 1 500 dollardan aşağı düşüb

Avropada qazın qiyməti cümə axşamı birja ticarətinin bağlanışında min kubmetr üçün 1 500 ABŞ dollarından aşağı düşüb.

Bunu London birjasının məlumatları təsdiqləyir.

Niderlandın TTF mərkəzi üzrə yanvar fyuçers müqaviləsinin qiyməti min kubmetr üçün 1 478 ABŞ dolları təşkil edib.

Günün əvvəlindən qazın qiymətinin ümumi azalması 27%-dən çoxdur.

Xatırladaq ki, dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2 000 ABŞ dolları keçib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *