“Amazon”un xalis mənfəəti 3 dəfə artıb
Bu ilin III rübündə ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti 96,1 milyard dollar gəlir əldə edib.
Bu, ötən ilin eyni dövrünə nisbətən 37,3% çoxdur.
Hesabat dövründə şirkətin xalis mənfəəti isə 3 dəfə artaraq 6,3 milyard dollara çatıb.
Mənbə: Report