Altı partiya YAP-a qoşulub

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət etmişdi.

YAP-ın bu gün keçirilən VII qurultayında partiyaların müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adı məlum olub.

Partiyanın bu gün keçirilmiş qurultayında formalaşdırılan 40 nəfərdən ibarət İdarə Heyətində aşağıdakı şəxslər yer almayıb:

Ramiz Mehdiyev

Əli Həsənov

Siyavuş Novruzov

Hacıbala Abutalıbov

Vaqif Əliyev

Nurlana Əliyeva

Akif Əlizadə

Yusif Hümbətov

Kərim Kərimov

Abel Məhərrəmov

Əli Həsənov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *