Agentlik sədri: “256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib”
“Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub”.
Bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, 256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib: “Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq”.