Ağ Evin yaxınlığında Donald Trampın tərəfdarları bıçaqlanıb
Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampın tərəfdarları bıçaqlanıb.
“NBC Washington”un verdiyi xəbərə görə, Ağ Evin yaxınlığında 1 qadın və 3 kişiyə bıçaqla xəsarət yetirilib.
Polisdən bildirilib ki, xəsarət alan şəxslər D. Trampı dəstəkləyən “Proud Boys” sağçı qrupunun üzvləridir.
Zərərçəkənlər şübhəlilərin “Black Lives Matter” etiraz hərəkatının üzvləri olduğunu iddia edib.