ABŞ Türkiyə konsulunun erməni qatilinin azadlığa buraxılmasından məyus olub

ABŞ Dövlət Departamenti Türkiyənin Kaliforniyadakı baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni əsilli Hambik Sasunyanın vaxtından qabaq azadlığa buraxılması haqqında Los-Ancelos Məhkəməsinin qərarından məyus olub.

Bu barədə ABŞ-ın Dövlət Departamentinin bəyanatında bildirilib.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb: “Los-Ancelos Ali Məhkəməsinin şəhid Baş konsulumuz Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini şiddətlə qınayırııq. Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsini isə hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”.

Qeyd edək ki, Türkiyənin ABŞ-ın Los-Ancelos şəhərindəki baş konsulu Kemal Arıkan 1982-ci il yanvarın 28-də erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.

Qeyd edək ki, Hampiq Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə o, avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli mühakimə edib. Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciətini təmin etməyib. 2016-cı ildə Kaliforniyanın Əfv komissiyası onu əfv etsə də ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *