Azərbaycan və Ermənistanın XİN rəhbərləri Moskvaya dəvət olundu

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.

Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib. 

İstinad: Report.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *