Azərbaycanda informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlər açıqlanıb

Hand of touching network connecting the human dots icon in business project management. Teamwork organization and brainstorm concept

Azərbaycanda informasiya və rabitə xidmətlərindən ötən il əldə olunan gəlirlər açıqlanıb.

Keçən il ərzində informasiya və rabitə xidmətlərindən ölkə üzrə 2 milyard 223 milyon 586 min manat gəlir əldə edilib. Bunun da 912 milyon 166 min manatı mobil telefon rabitəsinin, 227 milyon 450 min manatı proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsinin, 157 milyon 102 min manatı internet xidmətlərinin göstərilməsinin, 117 milyon 460 min manatı məlumatların işlənməsinin, veb-səhifələrin hazırlanması və idarə olunması ilə bağlı fəaliyyətin, 112 milyon 350 min manatı kompüter şəbəkələrinə texniki xidmət və sair informasiya xidmətlərinin göstərilməsinin, 89 milyon 213 min manatı radio, televiziya verilişlərinin translyasiyası və proqramların tərtib edilməsinin, 65 milyon 713 min manatı şəhər-kənd telefon rabitəsinin, 63 milyon 959 min manatı peyk rabitəsinin, 53 milyon 306 min manatı data xidmətlərinin, 45 milyon 447 min manatı şəhərlərarası və beynəlxalq telefon rabitəsinin, 30 milyon 701 min manatı kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyətin, 29 milyon 650 min manatı nəşriyyat fəaliyyətinin, 319 milyon 69 min manatı isə digər xidmətlərin payına düşüb.

Mənbə: AZƏRTAC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *