Rusiyanın Estoniya ilə həmsərhəd şəhərinə dron hücumu olub, 4 hərbi təyyarə vurulub.
![](https://iqtisadchi.az/wp-content/uploads/2023/08/russ.png)
Rusiyanın Pskov vilayətinin aerodromuna dron hücumu nəticəsində 4 hərbi təyyarə vurulub.
Bu barədə TASS məlumat yayıb.
“Pskovda hərbi aerodroma dron hücumundan sonra dörd İl-76 təyyarəsi zədələnib”, – agentlik fövqəladə xidmətlərə istinadən bildirib.
Eyni zamanda, regionun qubernatoru Mixail Vedernikov teleqramda rusiyalı hərbçilərin dron hücumunu dəf etməyə çalışdığını açıqlayıb.