MN: Azərbaycan Ordusu Ermənistanın Arazdəyən istiqamətindəki mövqelərini atəşə tutmayıb
Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə qeyd olunub.