Prezidentin köməkçisi: “Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir”
“Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə qarşı intensiv raket hücumları mülki insanları öldürmək məqsədilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşımalıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev“Twitter”də yazıb.
“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın hərbi əhəmiyyəti necə ola bilər? Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədilə edilib. Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir”, o vurğulayıb.
İstinad: Report.