Gürcüstanda daha bir torpaq sürüşməsi baş verib
Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub.
Təbii fəlakət avqustun 9-da Sameqrelo-Zemo (Yuxarı) Svaneti bölgəsinin Tsalendjixa rayonunda baş verib. Nəticədə Tebene çayının qarşısı kəsilib və çayda suyun səviyyəsi qalxmağa başlayıb.Ətraflı
Bu barədə Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatorunun administrasiyası məlumat yayıb.
Bildirilib ki, hələlik ciddi təhlükə yoxdur, amma sürüşmə davam edərsə, problem yaranacaq.
Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Raça-Leçxumi-Kvemo (Aşağı) Svaneti bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub, 12 nəfərin axtarışları hələ də davam edir.