“Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai Birliyinin İdarə Heyəti və Azərbaycanın Çindəki Səfirliyi arasında onlayn görüş baş tutub.
Iqtisadchi.az xəbər verir ki, görüşdə ölkəmizin Çindəski səlahiyyətli səfiri Əkram Zeynallı təşkilatın yaranması münasibətilə təsisçiləri və idarə heyətinin üzvlərini təbrik edib, təşkilatın önəmini diqqətə çatdırıb. Söhbət əsnasında məzun və tələbələrin şəbəkələnməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə atıla biləcək addımlar müzakirə olunub.
Görüşdə “Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai Birliyinin sədri Hikmət Zeynallı təşkilat haqda qısa təqdimatla çıxış edib. Daha sonra tərəflər Azərbacanın Çində təbliğ olunması və tələbəsə sayının çoxaldılması üçün mümkün tədbirlər planını müzakirə ediblər.