Hərraclarda qızılın qiyməti nisbətən bahalaşıb
Əvvəlki dörd gün ərzində ucuzlaşan qızılın qiyməti bu gün keçirilən hərraclarda əks təsirlə bir qədər qalxıb.
Bakı vaxtı ilə saat 9.42-ə olan vəziyyətə görə Nyu York “Comex” birjasında qızıl 0,11 faiz bahalaşaraq 1.808,35, gümüşün dekabr fyüçersi isə 0,1 faiz ucuzlaşaraq 24,3 ABŞ dollarından satılıb.
Əvvəlki 4 gün ərzində isə qızıl 3,5 faizədək, o cümlədən ötən gün 2,2 faiz ucuzlaşıb. Bunun əsas səbəbi ABŞ Prezidenti Cozef Bayden tərəfindən FED (Federal Ehtiyatlar Sistemi) sədrliyinə yenidən Cerom Pauelin namizədliyini irəli sürülməsi hesab olunur.