“Türkiyə Ticarət və Sənaye Biznes Forumu”na start verildi.
10-12 noyabr tarixlərini əhatə edən “Türkiyə Ticarət və Sənaye Biznes Forumu” bu gün öz işinə başladı.
“iqtisadchi.az”a verilən məlumata görə, Forumda Türk dünyasının necə böyük bir iqtisadi gücü əhatə etdiyi, qarşılıqlı gömrük razılaşmaları kimi məsələlər müzakirə olunur.
Forumda ASK rəhbəri cənab Məmməd Musayev, KOB Azərbaycan / SMB Azerbaijan rəhbəri cənab Orxan Məmmədov, AzPromo rəhbəri cənab Yusif Abdullayev və Azərbaycanlı İş adamları iştirak edirlər. ASK Menecment Komissiyası rəhbəri olaraq Camid Mövsümov ölkəmizi təmsil edir. Əsas hədəf Türk dövlətlərində fəaliyyət göstərən Uğurlu İş adamları ilə Biznes Münasibətlərinin qurulması və ölkəmizə İnvestisiyaların cəlbidir. Forum öz işinə davam edir.