“BakuBus” sürücülərin işə qəbulunu elan edib
Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC sürücülərin işə qəbulunu elan edib.
Məlumata görə, “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malik, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər “BakuBus”a müraciət edə bilərlər.
Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.
“BakuBus”da sürücü kimi çalışmağın aşağıdakı üstünlükləri var.
– Əmək müqaviləsi əsasında işə qəbul
– 2 növbəli, 8 saatlıq iş rejimi
– Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat
– Gələcək pensiya təminatı
– Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)
– İl ərzində əmək məzuniyyətindən istifadə olunması
– Sanatoriya və istirahət evlərinə yollayışların verilməsi
– Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat
– Xüsusi geyim forması ilə təminat
Sürücülər qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.