Azərbaycan vətəndaşları Ukraynada 2 minə yaxın şirkət yaradıb
Müstəqillik illərində Ukraynada Azərbaycan vətəndaşları tərəfindən yaradılan hüquqi şəxslərin (şirkətlərin) sayı məlum olub.
Bunu Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq “Терези” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasından bildiriblər.
Müvafiq qurumların məlumatına görə, indiyə qədər Ukraynada ümumilikdə 1937 şirkət Azərbaycan vətəndaşı tərəfindən yaradılıb.
Hazırda bunlardan 1909 şirkət fəaliyyətini davam etdirir.