Avropada qaz bahalaşır
Rusiyanın qaz ixracına görə Ukrayna nəql şəbəkəsini icarə etməməsi ilə Avropada qazın istinad qiyməti artıq üç gündür 4 faiz artır.
Niderlanddakı TTF onlayn qaz satışı mərkəzində qazın cümə fyüçersləri 450 USD/1000 kubmetr təşkil edir.
Qeyd edək ki, Rusiyadan gündəlik ötürücü gücü 100 milyon kubmetrədək olan Yamal – Avropa magistral boru kəməri iyulun 6-10-u tarixlərində dayandırılacaq. Həmçinin ayın 13-23-ü Qara dənizin dibindən keçən 170 milyon kubmetr ötürücülük gücünə malik “Şimal axını” kəmərində illik texniki baxım işləri aparılacaq.
Bununla yanaşı iyunun 29-da Ukrayna nəql şəbəkəsinin icarəsilə bağlı “Regional Booking Platform”da jkeçirilən hərracda Rusiyanın “Gazprom” dövlət şirkəti iyul ayı üçün icarə haqqı ödəmədi. Bütün bu amillər Avropada qaz qıtlığı ehtimalını artırır.
Belə ki, “Gas İnfrastructure Europe”un iyunun 30-na olan məlumata görə, regionun yeraltı anbarlarında qaz miqdarı orta hesabla 47,46 faizdir ki, bu da son 5 ilin orta miqdarına nisbətən 15,21 faiz azdır.