Dünyada tanınmış şirkət TAP üçün rabitə xidmətləri göstərəcək
“Motorola Solutions” şirkəti Azərbaycan təbii qazını Avropaya çatdırılmasını həyata keçirən Trans Adriatik Boru Kəməri (TAP) Konsorsiumu üçün qaz kəmərinin keçdiyi çoxmilli marşrut boyunca səs və məlumatları təmin etmək üçün rəqəmsal radiorabitə həlli təqdim edir.
Bu barədə newswiretoday.com saytına istinadən məlumat verilir.
Məlumata görə, artıq bu günə qədər Azərbaycandan Avropaya 2 milyard kubmetrdən çox təbii qaz nəql edilib. TAP-ın transsərhəd fəaliyyətini təmin etmək və komandaları birləşdirə bilməsi üçün hər zaman inteqrə olunmuş qüsursuz kommunikasiya həlləri tələb edir.
Bildirilir ki, 38 obyekti əhatə edəcək “Motorola Solutions MOTOTRBO Capacity Max” trankinq radio sistemi İtaliyanın cənubunda sahilə çıxmazdan əvvəl Yunanıstan, Albaniya və Adriatik dənizini keçən bütün boru kəməri boyunca yerləşdirilib. Qabaqcıl kommunikasiya həlli sistem operatoruna TAP-ın çoxmillətli əməliyyatları və texniki xidmət qruplarını vahid iş yerindən problemsiz şəkildə idarə etməsini təmin edir. TAP-ın telefoniya və monitorinq avadanlığı sistemləri ilə tam inteqrasiya olunmuş şəffaf və səmərəli iş axınları təmin edir.
“Motorola Solutions” şirkətinin Avropa üzrə regional vitse-prezidenti Maykl Kaae (Michael Kaae) bildirib ki, təbii qaz sektorunda istifadə olunan istənilən bir rabitə avadanlığı işçilərin və əməliyyatların əlaqəli olması üçün ən yüksək təhlükəsizlik standartlarına riayət etməlidir.
Qeyd edək ki, “Motorola Solutions” şirkəti kritik kommunikasiya və analitika sahəsində dünya lideridir. Şirkətin kritik mühüm həllər üçün yerüstü radiorabitə, video təhlükəsizlik və analitika, həmçinin komanda mərkəzləri üçün proqram təminatı üzrə texnologiyaları idarəetmə və dəstək xidmətləri ilə dəstəklənir ki, bu da cəmiyyətləri daha təhlükəsiz edir və müəssisələrin məhsuldar və təhlükəsiz olmasına kömək edir.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.