Müharibə vaxtında iş prinsipləri necə qurulmalıdır?
Hərbi səfərbərlik və vəziyət elan olunan ölkələrdə cəbhə xəttində baş verənlərdən əlavə, cəbhə arxasında iş prinsipinin qanunauyğun aparılması da vacib məsələdir.
Dünya təcrübəsində səfərbərlik zamanı cəbhəyə yollanan vətəndaşların iş yükü onların əmək prosesi üzrə həmkarlarının üzərinə düşür. Analoji hal bundan öncə II Dünya Müharibəsi zamanı baş verib. Belə ki, kişilərin cəbhəyə yola düşməsi ilə onların iş yükü zamanla döyüş qabiliyyəti olmayan şəxslərə və qadınalara yönləndirildi.
Hazırda qismən səfərbərlik şəraitində orduya cəlb olunan işçi qüvvəsinin iş yükü həmkarları arasında bölüşdürülür. Bu, şirkətlərin iş prinsipində müəyyən çətinliklər yaratsa da, dövlətin tələbü üzərində qərarın icrası mütləqdir. Şirkətlər bu cür vəziyyətdə iş bölgüsünü nəzərə almalı olur və digər işçilərin iş yükünü artırmağa başlayır. Bu isə fors major hallar olduğu üçün iş yükünün artımı normal qarşılanır.