Azərbaycan avtomobil istehsalını 3 % azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 107,3 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 98,5 % artıb.
Yanvar-may aylarında 653 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 ədəd və yaxud 2,8 % az minik avtomobili istehsal olunub. Bu il iyunun 1-nə ölkədə 142 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 5 ayı ərzində Azərbaycanda 239 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,3 dəfəçoxdur. Nəticədə, bu il iyunun 1-nə ölkədə 70 ədəd hazır məhsul ehtiyatı yaranıb.