Bakı və Tbilisi arasında qatar reyslərinin bərpası müzakirə olunur
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşınmalarının bərpası ilə bağlı müzakirələr aparılır.
Bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.
Qeyd olunub ki, Tbilisi-Bakı-Tbilisi istiqaməti üzrə sərnişin qatarlarının hərəkəti Azərbaycanın quru sərhədlərini açmasından sonra bərpa ediləcək.
Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti pandemiya səbəbindən ötən ilin martından dayandırılıb.