Tanınmış maliyyəçiyə “PAŞA Holdinq”də yüksək vəzifə verilib
“PAŞA Holdinq” MMC-yə yeni Baş risk inzibatçısı təyin edilib.
Bu vəzifə Asəf Hüseynova həvalə olunub.
O, 2019-cu ilin noyabr ayından holdinqə daxil olan “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib, bundan əvvəl isə “Unibank” ASC-nin İH sədrinin I müavini və baş risk inzibatçısı olub, eləcə də “Bakı Fond Birjası” QSC-də və “Azərbaycan Kredit Bürosu” MMC-də çalışıb.