AMB sədri: “Valyuta bazarında tam tarazlıq hökm sürür”

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il valyuta satışlarını azaldıb və 140 mln. ABŞ dollarına qənaət edib.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Neft Fondu özünün valyuta satışları qrafikindən geri qalır: “Valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür”.

*****

Azərbaycanda inflyasiyanın səviyyəsi 2021-ci ildə hədəf diapazonunda qalacaq.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bir qədər dəyişən proqnoz horizontunun dəyişməsinə baxmayaraq, marta illik inflyasiya 4,1% təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.

Xatırladaq ki, hədəf diapazonu 4% civarındadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *