Azərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox qalıq yaranıb
Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 6 968,8 milyon manat, xərcləri isə 5 921,3 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,5 % və 3,6 % çoxdur.
Son nəticədə büdcədə 1 047,5 milyon manat qalıq yaranıb.