İşçilər nə istəyir?

İşçilər nə istəyir?

Iqtisadchi.az olaraq bu dəfə işçilərin iş yerindən gözləntilərini araşdırdıq.

İşçilərin iş yerindən nə istədikləri baradə zaman-zaman fərqli təşkilatlar tərəfindən kifayət qədər araşdırmalar və sorğular aparılmışdır.Bu araşdırmalar iqtisadi, sosial, psixoloji və idarəetmə baxımından fərqli aspektlər üzrə həyata keçirilmişdir.

Bunu da qeyd etmək lazımdır ki, rasional mühitdə işçilər şirkətin uğur qazanmasında və şirkətin davamlılığında maraqlı tərəflərdən biri hesab olunur.Ən yaxşı halda şirkətin uğuru işçilərin istedad və bacarıqları cəmi ilə limitlənir.Həyata keçirilmiş araşdırmalara əsasən işçilərin iş yerindən maraqları və gözləntilərini 3 əsas qrupa bölmək olar;

1.İqtisadi

İqtisadi baxımdan işçilər onlara verilən əməkhaqqının və bonusların(əgər olduqda) ən azı iş yükünə və sahə ortalamasına adekvat olmasını gözləntiləri var.

2.Karyera inkişafı

İşçilər iş yerində müəyyən peşəkarlıq səviyyəsinə çatdıqda karyera yüksəlişi və qəbul olunan qərarlarda iştirak etmək hüququ arzulayırlar. Buna əlavə olaraq şəxsi inkişafın şirkıt tərəfindən sponsorlaşdırılması, yəni periodik olaraq təlimlərdə və ixtisasın dərinləşməsi üzrə proqramlarda, həmçinin kurslarda iştirak etmək istəyirlər.

3.İş mühiti və kollektiv

İşçilər intiriqadan, siyasət və neqativ aspektlərdən kənar, vəzifə və öhdəliklərin müəyyən olunduğu və bunu dəstəkləyən, formalaşmış korporativ mühit və korporativ mədəniyyətin mövcud olduğu mühitdə çalışmağı arzulayırlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *