Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Azərbaycan və Rusiya dövlət başçıları Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.
Vəziyyətin ümumiyyətlə sabit olması və atəşkəsə ciddi şəkildə əməl edilməsi məmnuniyyətlə vurğulanıb.