Dünya Bankı: Azərbaycanın ÜDM-i bu il 2,8% artacaq
Dünya Bankının yeni proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.
Bu barədə “İqtisadchi.az” Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən xəbər verir.
Bank 2022-ci ildə iqtisadi artımın 3,9% olacağını proqnozlaşdırır.
Qeyd edək ki, ötən yanvar proqnozu ilə müqayisədə Dünya Bankı 2021-ci il üçün Azərbaycan iqtisadiyyatı üzrə gözləntilərini 0,7 faiz bəndi artırıb, 2022-ci il üçün isə 0,6 faiz bəndi azaldıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb.