Azərbaycanda “Təhsil-Tələbə Krediti Fondu” yaradılır
2021-ci ildə “Təhsil-Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulub.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.
Sənəddə qeyd edilib ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən “Təhsil-Tələbə Krediti Fondu”nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.