İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib
İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi hərbi bazaya 10 raket atılıb.
Bu barədə koalisiyanın mətbuat katibi, polkovnik Vayne Marotto bildirib.
Raketlər səhər saatlarında Ənbar vilayətindəki “Ain əl-Əsəd” aviabazasına düşüb. İtkilərin olub-olmadığı hələlik məlum deyil.
Bu, ABŞ-ın ötən həftə İraq-Suriya sərhədi boyunca İrana bağlı hədəfləri vurmasından sonra ilk hücumdur.