Tərtərdə mülki şəxs minaya düşüb
![](https://iqtisadchi.az/wp-content/uploads/2021/01/mina-fuzuli.jpeg)
Tərtərdə mülki şəxs minaya düşüb.
Hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.