Gürcüstan hökuməti tam tərkibdə istefa verib
Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
Baş nazir Giorgi Qaxarianın istefası ilə əlaqədar olaraq hökumət tam tərkibdə istefa verib, bununla yanaşı, hökumət növbəti Baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək.
Qanunvericiliyə əsasən ölkə parlamenti 2 həftə ərzində yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməlidir.