ABŞ PKK-nı silahlandırmaqda davam edir
ABŞ-ın hərbi karvanı Suriyanın PKK/YPG-PYD terror qruplaşmasının nəzarəti altında olan Əl-Şeddadi bazasına növbəti dəfə silah daşıyıb.
ABŞ-ın hərbi helikopteri Əl-Şeddadi hərbi bazasına enib.
Silahların daşınmasının fotoları da yayılıb. Bildirilib ki, 25-ə yaxın amerikalı hərbçi hərbi yükü müşayiət edib. Onlar yükü boşaltdıqdan sonra helikopterlə İraq sərhədinə doğru gediblər.
Məlumata görə, fevralın 15-də isə Suriyanın şimal-şərqində yerləşən Kamışlı şəhərində çəkilən fotoda isə hərbi sursatla bir yerdə ABŞ hərbçilərinin İraqın şimalından Suriyanın şimalına girdikləri əks olunub.
Qeyd edək ki, ABŞ- Müdafiə Nazirliyinin sözçüsü Con Kibri ötən həftə ölkəsinin Suriyada 900 hərbçisinin olduğunu bildirmişdi.
Xatırladaq ki, İraqın şimalında Türkiyənin 13 vətəndaşı PKK terror qruplaşması tərəfindən qətlə yetirilib. ABŞ Dövlət Departamenti bunun PKK tərəfindən törədildiyinə şübhə ilə yanaşmışdı. Rəsmi Ankaranın etiraz və diplomatik yolla təzyiqlərindən sonra ABŞ-ın dövlət katibi Entoni Blenkin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 13 günahsız insanın qətli ilə bağlı başsağlığı verib, buna görə PKK-nın məsuliyyət daşıdığını bildirib.