Azərbaycanın daha 28 müəssisəsinə Rusiyaya alma ixrac etməyə icazə verilib
Rusiyanı Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.
Bu barədə “Rosselxoznadzor”un açıqlamasında deyilir.
Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur.