Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə qanun qəbul edilib
Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanun qəbul edilib.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul olunub.