Muzeylər dezinfeksiya işlərindən sonra açılıb
“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Report”a açıqlamasında deyib ki, sentyabrın 1-dək onlayn rejimində işləyiblər: “Artıq muzeylərin fəaliyyətinə icazə verilib və ziyarətçilərimiz də var. Amma bir dəfəyə yalnız 5 nəfəri içəri buraxırıq. Çünki qaydalara əməl etmək lazımdır. Ziyarətçi sayı xarici turizm açıldıqdan sonra dəfələrlə artacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. Bu Qərara əsasən, fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır.