Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
Yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, kollegiya iclasının təfərrüatları barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.