Azərbaycanın qaz satışından əldə etdiyi gəlirləri 10% artıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 12 343,7 mln. kubmetrə yaxın təbii qaz ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.
Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 2,53 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 10,1%-lik artım deməkdir.
Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.