“Alternative Energy International Media Group”un pay iştirakı satışa çıxarılıb

“Caspian Energy Club” və “Caspian Energy International Media Group” “Alternative Energy International Media Group” şirkətindəki pay iştirakını satışa çıxarıb.

“Alternative Energy International Media Group” şirkətinin satış məqsədi rüblük beynəlxalq “Alternative Energy” jurnalının nəşrinin bərpası, alternativ və bərpaolunan enerji mənbələri sahəsində baş verənləri işıqlandıracaq internet portalının yaradılması üçün investorlar cəlb etməkdir.

“Alternative Energy” jurnalının səhifələrində və internet portalda, həmçinin ekologiya, eyni zamanda, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrində innovasiya texnologiyalarının, enerjiyə qənaət və enerjidən səmərəli istifadə sisteminin tətbiqi məsələlərinə xüsusi diqqət ayrılacaq.

“Alternative Energy International Media Group” və “Caspian Energy Club”un birgə fəaliyyəti region ölkələrində, xüsusilə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində alternativ və bərpaolunan enerji mənbələri sahəsində böyük layihələr həyata keçirməkdə maraqlı olan iri şirkət və investorların diqqətini cəlb etməyə xidmət edir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi şəkildə müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakı şəhərində yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Mənbə: AZƏRTAC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *